ƏMDX torpaq kateqoriyasının dəyişdirilməsinə dair vətəndaşlara müraciət edib

Prezident İlham Əliyevin 28 sentyabr 2024-cü il tarixli fərmanının icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) istifadəyə verdiyi “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti vasitəsilə daxil olan müraciətlərə baxılmasına başlanılıb.

Eqazet.online xəbər verir ki, bu barədə Dövlət Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, daxil olmuş müraciətlər üzrə sənədlərin tamlığı və qaydalara uyğunluğu təhlil olunur, mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə elektron sistem vasitəsilə müraciət edən torpaq mülkiyyətçilərinə, vətəndaşlara izahlar verilir, metodiki köməkliklər göstərilir.

“Təhlil zamanı ilkin mərhələdə daxil olan müraciətlərin sırasında yaşayış məntəqələri sahəsinə aid olmayan torpaqlarda, o cümlədən kənd təsərrüfatı təyinatlı torpaq sahələrində tikilmiş fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələrinin kateqoriyasına dair müraciətlərin üstünlük təşkil etdiyi məlum olub. Bu cür müraciətlərlə bağlı bildiririk ki, əvvəlki dövrlərdə salınmış, həmin yaşayış massivlərinin yerləşdiyi ərazi üzrə fəaliyyət göstərən rayon (şəhər) icra hakimiyyətləri və bələdiyyələr mövcud vəziyyətin qanunvericiliklə müəyyən edilmiş ərazi planlaşdırma və şəhərsalma-tikinti qaydalarına uyğunluğunu dəqiqləşdirməlidir. Belə müraciətlər fərdi qaydada deyil, rayon (şəhər) icra hakimiyyətləri və bələdiyyələr səviyyəsində yaşayış massivi üzrə edilməlidir. Elektron müraciətlərin qanunvericilikdə müəyyən edilmiş müddətdə baxılması və cavablandırılması üçün subyektlər qanunla müəyyən edilmiş elektron imzalara malik olmalı, tələb olunan sənədlərin tamlığını və dürüstlüyünü təmin etməlidirlər”, – deyə açıqlamada qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qəzzada ölənlərin sayı 62 min nəfərə yaxınlaşır

Be Fev 3 , 2025
Qəzza zolağında 2023-cü ilin oktyabrında başlayan müharibədən bəri 61 mindən çox fələstinli həlak olub. Bu barədə “Eqazet.online” “Al Jazeera”yə istinadən xəbər verir. Məlumata görə, ölənlərin sayı 61 709 nəfərə çatıb, bir neçə min nəfər itkin düşmüş hesab olunur. Ölənlər arasında 17 881 uşaq, o cümlədən 214 yeni doğulmuş körpə var. Yenilənmiş məlumatlar […]

Bəyənə bilərsən