Husilər İsrailin Müdafiə Nazirliyinin binasını vurdular

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatı ballistik raketlə İsrailin Təl-Əvivdəki Müdafiə Nazirliyinin binasına hücum edib.

Eqazet.online TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə qiyamçıların yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya çıxış edib.

“Raket qüvvələri işğal altında olan Yaffa bölgəsində (Təl-Əviv – red.) İsrailin Müdafiə Nazirliyinə məxsus binaya Zülfüqar ballistik raketi ilə zərbələr endirib”, – Səriya bildirib.

Ordunun Mətbuat Xidməti qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələri Yəməndən atılan raketi uğurla dəf edib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Rusiya və İran Müdafiə Əlaqələrini Dərinləşdirir

Şb Yan 18 , 2025
Eqazet.online theguardin-a istinadən xəbər verir ki, Rusiya və İran arasında müdafiə sahəsində əməkdaşlıq güclənir, bu isə Ukrayna müharibəsinin davam etdiyi bir zamanda regiondakı gərginliyi artırır. ABŞ-da Donald Trampın prezident kimi inauqurasiyası yaxınlaşdıqca, beynəlxalq münasibətlərdəki dəyişikliklər daha da diqqət mərkəzindədir. Rusiya ilə İran arasında hərbi və texnoloji sahələrdə yeni razılaşmalar imzalanıb. […]

Bəyənə bilərsən