Dövlət Xidməti: Ötən il 32 dövlət qurumunun 134 əməkdaşı haker hücumuna məruz qalıb

2024-cü ildə Azərbaycanda 32 dövlət qurumunun ümumilikdə 134 əməkdaşı haker hücumlarının qurbanına çevrilib.

Bu barədə “Eqazet”ə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bununla yanaşı internetdən istifadə edərkən informasiya təhlükəsizliyinə, fərdi kibergigiyena qaydalarına riayət etməyən vətəndaşlar da haker hücumlarının qurbanı olub. Haker hücumlarının qurbanına çevrilərək şəxsi kompüterlərindəki məlumatlarla yanaşı istifadəçisi olduqları dövlət qurumlarının elektron xidmətlərinə aid autentifikasiya (loqin, şifrə) və fərdi məlumatlarını da hakerlərin qurbanına çevirmiş vətədandaşların statistikası qeydiyyata alınıb. Belə ki, il ərzində vətəndaşlardan hakerlərə sızmış dövlət elektron xidmətlərinə aid məxsusi hesablarının sayı ümumilikdə 3 798 olub.

Dövlət Xidməti aşkar edilmiş yoluxma halları ilə bağlı müvafiq dövlət qurumlarını məlumatlandırıb, fəsadların aradan qaldırılması üçün lazımi addımlar atıb və bir sıra qurumlarda yerində yoxlama tədbirləri həyata keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb

Ç Yan 8 , 2025
Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları artırılıb. “EQazet” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncamla dövlət büdcəsindən maliyyələşən aşağıdakı təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları bu ilin yanvarın 1-dən orta hesabla 15 % artırılıb: – Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət […]

Bəyənə bilərsən