Dövlət qurumlarına kiberhücumların sayı artıb

Bu ilin yanvar-mart aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 290 kiberhücum indikatoru (IOC) müəyyən edib.

Eqazet.online Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

Kibertəhdidlərin 98-i daxili araşdırma, 192-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Təkcə martda isə 28 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 58 % azdır.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 136,36 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 2 milyon 107 min 800, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 40 056 zərərverici tərkibli elektron sənəd blok edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Kişi evində arvadının gözü qarşısında qadınlarla intim münasibətdə oldu, videoya çəkdi – TƏFƏRRÜAT

Ç Apr 2 , 2025
Xaçmaz rayonunda 1987-ci il təvəllüdlü Emin dostunun qızına qarşı əxlaqsız hərəkətlər etməkdə günahlandırdığı həmyerlisi Vahidə (adlar şərti verilib – red.) xəsarət yetirib. Eqazet.online Teleqraf-a istinadən xəbər verir ki, Emin 2023-cü ilin avqust ayında dostu Valehin qızı Cəmaləyə qarşı Vahid tərəfindən əxlaqsız hərəkətlərə yol verildiyini düşünüb. Bu səbəbdən Vahidi cəzalandırmaq qərarına […]

Bəyənə bilərsən