Eqazet.online xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatlarının Agentliyi Regional Su Meliorasiya Xidməti Publik hüquqi şəxsi Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində yoxlamalar həyata keçirilir. 2023-2024-cü illər ərzində qurumun dövlət vəsaitinin və dövlət əmlakının istifadəsinin auditi aparılır. Yoxlamaların aprel ayına əvvəlinədək davam edəcəyi gözlənilir.
Hadisə
Eqazet.online xəbər verir ki məktəbin ikinci mərtəbəsində bıçaqlanmış vəziyyətdə tapılan şagirdin dünyasını dəyişdiyi bildirilib. Cənubi Koreyanın Daejeon şəhərində ibtidai məktəbdə baş verən hadisədə müəllim 8 yaşlı şagirdini bıçaqlayaraq öldürüb.Polis 40 yaşlı müəllimin şagirdini bıçaqladığını etiraf etdiyini açıqlayıb. Daejeon Təhsil Nazirliyi bildirib ki, müəllim dekabrın 9-da depressiyaya görə 6 aylıq məzuniyyət istəyib, […]
Fevral ayının ilk 10 günündə yer kürəsi bir sıra maqnit qasırğalarının təsiri altında olmuş və proqnozlara əsasən bu prosesin ayın sonuna qədər davam etməsi gözlənilir. Eqazet.online xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. “Maqnit qasırğaları xüsusilə metohəssas insanlarda müxtəlif fiziki və psixoloji narahatlıqlara səbəb olur ki, […]
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Eqazet.online report-a istinadən xəbər verir ki, məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəməyə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdan ərizə daxil olduğu bildirilib. […]
Əfqanıstandan Azərbaycana işləməyə gələn şəxs qanunsuz yolla Gürcüstana keçib. Sonra geri qayıdaraq 3 pakistanlını 2500 dollar qarşılığında Gürcüstana aparmaq istəyib. Bu zaman hərbçilərin xəbərdarlıq atəşi ilə saxlanılıblar. Eqazet.onlin musavat.com-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Əfqanıstan vətəndaşı Balaqi Sukrullah 2018-ci ildə işləmək üçün Azərbaycana gəlib. Onun qardaşı da Bakıya […]
“Medalyon” və “Nuxa” restoranlarının sahibi Yusif Baqiyevin (Yusif Şəkili) bir sıra əmlakları üzə çıxıb. Eqazet.online “Qaynarinfo”ya istinadən məlumat verir ki, onun Qala qəsəbəsi yaxınlığında xeyli sayda əmlakı var. Bunlardan bəzilərinin tikintisi tam başa çatmayıb. İddia olunur ki, ümumiyyətlə Yusif Baqiyevin Xəzər rayonundakı əmlakları sahəsinə görə hətta “Sea Breeze”dən də […]
Eqazet.online DİN-ə istinadən xəbər verir ki, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxslər gecə saatlarında qəsəbə sakinlərinin birinin mənzilinə daxil olaraq 150 manat nağd pul, 7550 manat dəyərində qızıl-zinət əşyaları, 10 ədəd qol saatı və fotoaparat oğurlayıblar. Suraxanı RPİ-nin 32-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənlər – […]
Eqazet.online DİN-ə istinadən xəbər verir ki, Fevralın 7-si gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində 30 yaşlı bir kişiyə qarşı quldurluq cinayəti törədilib. Zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “JEEP” markalı avtomobildə əyləşən şəxslər onu kəsici-deşici alətlə hədələyərək 235 manat pulunu və mobil telefonunu ələ keçiriblər. Nizami Rayon Polis […]
Türkiyənin Malatya şəhərində sərnişin avtobusu aşıb. “Eqazet.online” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Doğanşehir rayonunda qeydə alınıb. Qəza nəticəsində səkkiz nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev sosial şəbəkələrdə yayılan yeni dələduzluq üsulu barədə xəbərdarlıq edib. Eqazet.online xəbər verir ki, onun sözlərinə görə, süni intellektin səsli autentifikasiyasından istifadə edərək mətni nitqə çevirən proqramlar vasitəsilə çağırışlar yayılır. Elşad Hacıyev qeyd edib ki, bu üsulda süni intellekt mətni oxuyur və […]