ADY bayram günlərində 132 mindən çox sərnişinin səfərini təşkil edib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram günlərində, martın 20-31-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərərək şəhərətrafı və rayonlararası qatarlarla 132 124 sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib.

“Eqazet.online” bu barədə ADY-yə istinadən xəbər verir.

Qeyd edilib ki, bayram günlərində Abşeron dairəvi dəmir yolu ilə 106 006, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 17 763, Bakı-Balakən-Bakı marşrutu üzrə 4 231, Bakı-Qəbələ-Bakı marşrutu üzrə isə 4 124 sərnişin səfər edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycanda gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 6 % artıb

Ça Apr 1 , 2025
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 17,766 milyon manat təşkil edib. “Eqazet.online” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur. O cümlədən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 7,4 % artaraq 289,71 milyon […]

Bəyənə bilərsən