Günəşdə güclü alışmalar qeydə alınıb

Günəşdə yüksək dərəcəli güclü alışmalar qeydə alınıb.

“Eqazet.online” xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.

“Martın 30-da Moskva vaxtı ilə saat 00:38-də (Bakı vaxtı ilə 01:38) rentgen diapazonunda 33 dəqiqə davam edən M1.4 (S14E82) alışma qeydə alınıb”- məlumatda deyilir.

Mütəxəssislər həmçinin “M” sinifli dörd alışma (М1.4, М1.5, М1.6 и М1.9) qeydə alıblar.

Günəş alışmaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur.

Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Aprelin 1-i hansı günün dərsləri keçiriləcək?

Be Mar 31 , 2025
Aprelin 1-də təhsil müəssisələrində həftənin 5-ci gününə aid dərslər tədris olunacaq. Eqazet.online xəbər verir ki, Baş nazir Əli Əsədovun Qərarına əsasən, 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Bu səbəbdən aprelin 1-i təhsil müəssisələrində həftənin 5-ci gününə aid […]

Bəyənə bilərsən