Özbəkistanın ümumi xarici borcu 64,1 milyard dollara çatıb

Özbəkistanın ümumi xarici borc dinamikasında artım müşahidə olunub, dövlət borcu 4,2 milyard ABŞ dolları, korporativ kreditlər isə 6,6 milyard dollar artıb.

Eqazet.online xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Bankının açıqladığı ölkənin 2024-cü il üzrə xarici borc göstəricilərində qeyd edilib.

Bildirilib ki, ötən ilin sonuna qədər hökumət və korporasiyalar tərəfindən xarici ölkələrdən, beynəlxalq maliyyə institutlarından və investorlardan cəlb olunan ümumi xarici borc 64,1 milyard dollara çatıb. Bunun 33,9 milyard dolları dövlət zəmanətli borc, qalan 30,2 milyard dollar isə korporativ (zəmanətsiz) xarici borc təşkil edir.

Mərkəzi Bankının hesablamalarına görə, son illərdə ölkədə korporativ xarici borcun daha sürətlə artdığı müşahidə olunur. Bu, milli şirkətlərin beynəlxalq maliyyə bazarlarında artan iştirakının nəticəsidir.

Qeyd edək ki, 2023-cü ildə Özbəkistanda ümumi xarici borc 53,3 milyard dollar olub (dövlət xarici borcu 29,7 milyard dollar, korporativ xarici borc isə 23,6 milyard dollar).

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Almaniya Prezidentinin Ermənistana və Azərbaycana səfəri başladı

Bz Mar 30 , 2025
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbenderin Qafqaza səfəri başlayıb. Eqazet.online xəbər verir ki, bu, federasiya prezidentinin hər iki ölkəyə ilk səfəridir. Martın 30-dan aprelin 2-dək davam edəcək rəsmi proqrama əsasən, Prezidentlə xanımı Azərbaycan və Ermənistanda bir sıra vacib görüşlərdə iştirtak edəcəklər. Almaniya lideri Ermənistanda prezident Vaaqn Xaçaturyan və […]

Bəyənə bilərsən