Bakıda yaşayış binası yandı – VİDEO

  • Bakının Səbail rayonunda, A.Abbaszadə küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.

Eqazet.online xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış yerinə gediblər.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onsəkkizmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 126kv.m. olan üçotaqlı mənzilin mətbəx mebeli 5p.m. sahədə yanıb.

Mənzil və yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Tramp Putinə əsəbiləşib

Bz Mar 30 , 2025
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin Ukrayna lideri Volodimir Zelenskinin hakimiyyətinin legitimliyini şübhə altına almasını eşidəndə çox qəzəblənib və əsəbiləşib. “Eqazet.online” xəbər verir ki, bu barədə Amerika lideri NBC News telekanalına müsahibəsində fikirlərini bölüşüb. O əlavə edib ki, Rusiya prezidentinin şərhləri “yanlış hədəfə dəyib”. Bundan əvvəl Putin Ukraynada Zelenskini […]

Bəyənə bilərsən