HƏMAS Misir və Qətərin Qəzzada atəşkəslə bağlı şərtlərini qəbul edib

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs şərtlərini danışıqlarda vasitəçilik edən Misir və Qətərdən qəbul edib.

“Eqazet.online” xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayiyə istinadən məlumat yayıb.

“HƏMAS müsbət cavab verdi. Misir və Qətərin bu ərazidə hərbi əməliyyatları dayandırmaq təklifini qəbul etdi”, – o söyləyib.

Əl-Haya təşəbbüsün təfərrüatlarını açıqlamayıb. Lakin bir neçə İsrail media orqanı yenilənmiş və uzadılmış atəşkəs müqabilində beş israilli məhbusun azad ediləcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

Bz Mar 30 , 2025
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib. “Eqazet.online” xəbər verir ki, paylaşımda qeyd olunub: “Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər […]

Bəyənə bilərsən