Ərdoğan: Bəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır

Bəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır.

“Eqazet.online” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlamentdəki qrup toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vəzifələr müvəqqətidir, əsas olan insanların qəlbini qazanmaqdır:

“Biz cəmiyyətlə münasibətləri gücləndirməyə çalışdıqca bəzi qüvvələr buna xələl gətirməyə çalışırlar. Müxtəlif maskalar altında ölkəni istismar edənlərin iç üzlərini açmağımız bəzilərini daim narahat edib. Türkiyəyə və xalqına düşmənçilik bəsləyən çevrələr isə həmin qüvvələri öz məqsədləri üçün tam istifadə ediblər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

Şb Mar 29 , 2025
Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib. “Eqazet.online” xəbər verir ki, dövlət başçısının paylaşımında deyilir: “Əziz bacı və qardaşlarım! Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Allah orucunuzu və dualarınızı qəbul etsin. Ramazan bayramınız mübarək olsun!”.

Bəyənə bilərsən