Trampın dünyanı qorxuya salan addımları: Nüvə müharibəsi…

ABŞ prezidenti Donald Trampın xarici siyasətdə atdığı addımlar bütün dünyada narahatlıq doğurur. Bu amillərdən biri də Trampın hakimiyyətə yenidən qayıdışı ilə dünyada nüvə silahlarının yeni dövrü başlamasıdır.

Eqazet.online xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.  

Nəşrin yazdığına görə, belə, Trampın xarici siyasətdə atdığı addımlar, Rusiyaya yaxınlığı, NATO və Avropaya qarşı uzaq mövqeyi Berlindən Varşavaya, Seuldan Tokioya kimi müttəfiq dövlətləri qaçılmaz suallar qarşısında qoyub.

Analitiklərin fikrincə, Trampın xüsusilə Rusiyaya qarşı mövqeyi Avropa və Asiyadakı müttəfiqlərinin bu ölkələrin öz nüvə qalxanlarını qurmağı planlaşdırdıqlarını söyləməsinə səbəb olub.

“Financial Times” yazır ki, Trampın xarici siyasəti nüvə silahına malik dövlətlərin sayını 25-ə çatdıra bilər.

Hazırda nüvə variantlarını nəzərdən keçirən ölkələr arasında Almaniya, Polşa, Cənubi Koreya və Yaponiya var. Almaniya Fransa və İngiltərə ilə nüvə silahı paylaşmaq ideyasını müzakirə edir.

Polşa öz ərazisində Amerikanın nüvə başlıqlarını yerləşdirmək istəyir.

Yaponiya və Cənubi Koreya nüvə silahından Çin və Şimali Koreyaya qarşı çəkindirici vasitə kimi istifadə etmək niyyətindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVA

Ça Mar 25 , 2025
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Eqazet.online xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.  Bildirilib ki, martın 25-i saat 10:00-a olan məlumatına əsasən, düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 17, Qəbələdə 14, Şamaxıda 12, Şabranda 11, İsmayıllıda 8, Lerikdə 6, Altıağac, Şəki və Neftçalada 4, […]

Bəyənə bilərsən