Paşinyan Makronu Bakı – İrəvan sülh müqaviləsinin mətninin razılaşdırılması barədə məlumatlandırıb

Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla telefon danışığında Bakı və İrəvan arasında sülh müqaviləsinin mətninin təsdiqlənməsinin tamamlanmasını müzakirə edib.

“Eqazet.online” report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazir Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş” layihəsinin mətninin razılaşdırılması üzrə danışıqların başa çatması barədə Fransa prezidentinə məlumat verib”, – məlumatda bildirilir.

Söhbət zamanı Ermənistan-Fransa, Ermənistan-Avropa İttifaqı münasibətləri, eləcə də Cənubi Qafqaz regionu ilə bağlı məsələlər də müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

3 kəndin yolunun işıqlandırılmasına 334 min manat xərclənəcək

Bz Mar 16 , 2025
Şahbuz rayonu Sələsüz, Daylaqlı, Kolanı və Biçənək kəndlərindən keçən magistral avtomobil yolu işıqlandırılacaq. Eqazet.online xəbər verir ki, bununla bağlı Şahbuz Rayon İcra Hakimiyyəti tender elan edib. Müsabiqənin ehtimal edilən qiyməti 334 min 660 manatdır. Təkliflərin son təqdim olunma tarixi aprelin 17-dir.

Bəyənə bilərsən