Türkiyə və ABŞ prezidentləri telefonla danışıb

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında telefon danışığı olub.

“Eqazet.online” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Tərəflər ikitərəfli əlaqələri, regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan Türkiyə və ABŞ-nin iki müttəfiq ölkə olaraq yeni dövrdə əməkdaşlığının inkişaf edəcəyinə tam inandığını bildirib.

O, ABŞ Prezidentinin Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq üçün atdığı qətiyyətli addımları dəstəklədiyini, Türkiyənin müharibənin əvvəlindən ədalətli və davamlı sülh üçün səy göstərdiyini, bundan sonra da çalışacağını deyib.

Ərdoğan Suriyada sabitliyin bərpası, yeni administrasiyanın fəaliyyəti və normallaşma üçün sanksiyaların aradan qaldırılmasına birgə töhfə vermələrinin vacib olduğunu və bunun suriyalıların vətənlərinə qayıtmasına imkan yaradacağını söyləyib.

Türkiyə lideri ABŞ-dən yeni dövrdə terrorla mübarizə ilə bağlı addımların gözlənildiyini, iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün CAATSA sanksiyalarına son qoyulmasının, F-16 tədarükü prosesinin yekunlaşdırılmasının və Türkiyənin F-35 proqramında yenidən iştirakının yekunlaşdırılmasının vacibliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Kibertəhlükəsizlik Mütəxəssisləri Medusa Ransomware Hücumları Barədə Xəbərdarlıq Edir

Bz Mar 16 , 2025
Eqazet.online xarici KİV-ə istinadən xəbər verir ki, Kibertəhlükəsizlik mütəxəssisləri Medusa adlı təhlükəli ransomware hücumlarının artdığını bildirərək istifadəçiləri və təşkilatları diqqətli olmağa çağırır. Bu zərərli proqram kompüter sistemlərinə daxil olaraq faylları şifrələyir və istifadəçilərdən böyük məbləğdə fidyə tələb edir. Mütəxəssislərin sözlərinə görə, Medusa ransomware hücumları əsasən elektron poçt vasitəsilə yayılan zərərli […]

Bəyənə bilərsən