Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.

“Eqazet.online” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar.

Vladimir Putin dövlət başçısını İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Britaniya Avropada nüvə silahının yayılmasına qarşı çıxıb

Şb Mar 15 , 2025
Böyük Britaniya Avropada nüvə silahının yayılması ideyasını dəstəkləməyib. “Eqazet.online” xəbər verir ki, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer deyib. ABŞ-nin “Köhnə qitə”yə marağının azalması fonunda Avropa ölkələrində nüvə silahının peyda olması ehtimalı ilə bağlı müxtəlif ekspertlərin bəyanatlarını şərh edən britaniyalı diplomat deyib: “Mövqeyimiz ondan ibarətdir […]

Bəyənə bilərsən