Mask: “Starship” “Optimus” insanabənzər robotu ilə Marsa 2026-cı ildə göndəriləcək

Amerikalı milyarder İlon Mask 2026-cı ilin sonunda göyərtəsində “Optimus” insanabənzər robotunun olacağı “Starship” kosmik gəmisinin Marsa göndəriləcəyini elan edib.

“Eqazet.online” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki paylaşımında yazıb.

“Starship” gələn ilin sonunda Marsa uçacaq, onun bortunda “Optimus” olacaq”, – İ.Mask bildirib və qeyd edib ki, əgər uçuşlar uğurlu keçsə, göyərtəsində insanların olduğu kosmik gəmilər artıq 2029-cu ildə göndərilə bilər.

“İnsanların eniş etməsi üçün daha çox ehtimal olunan tarix 2031-ci ildir”, – o əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

ABŞ və İsrail Qəzzalıların Afrikaya Köçürülməsini Planlaşdırır

Şb Mar 15 , 2025
Eqazet.online xarici KİV-ə istinadən xəbər verir ki,ABŞ və İsrail, Qəzza zolağından çıxarılan fələstinlilərin Afrika ölkələrində yerləşdirilməsi üçün planlar hazırlayır. Bu təşəbbüs çərçivəsində Sudan, Somali və Somaliland kimi ölkələrlə ilkin danışıqlar aparılıb. Lakin Sudan bu təklifi rədd edib, Somali və Somaliland rəsmiləri isə belə müzakirələrdən xəbərsiz olduqlarını bildiriblər. ABŞ Prezidenti Donald […]

Bəyənə bilərsən