Horadiz-Ağbənd dəmir yolu xəttində ötən il görülmüş işlər açıqlanıb

2024-cü ildə Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisində 2,3 min kubmetr torpaq işləri yekunlaşıb.

“Eqazet.online” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Məlumata əsasən, Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisində 8 ədəd körpünün, 2 ədəd alt keçidin, 14 ədəd suötürücü boruların və 629 pm istinad divarlarının tikinti işləri tamamlanıb. Bu dəmir yolu xəttində 2 ədəd dəmir yolu tunellərin qazılması, 1 ədəd tunelin və 1 ədəd qalereyanın dəmir-beton işlərinin tamamlanması, 8,6 kilometr rels-şpal çərçivələrinin, 1,6 kilometr uzunölçülü relslərin və 6 ədəd yoldəyişən qurğunun quraşdırılması işləri yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Aqrar Kredit və İnkişaf Agentliyi ötən il 363 milyon manat subsidiya ödəyib

Şb Mar 15 , 2025
Ötən il Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) fermerlərə 362,5 milyon manat subsidiya ödəyib. “Eqazet.online” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir. Sənədə əsasən, 351,1 min fermerə 274 milyon manat əkin subdisiyası (işğaldan azad edilmiş ərazilər üzrə ödənilmiş vəsaitlər daxil olmaqla) […]

Bəyənə bilərsən