Bu işlər üçün 50 milyon manat ayrılacaq – Baş nazir 

Qarşıdakı dönəmdə Hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir.

Eqazet.online Ölkə.Az-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.
“Cənab Prezident İlham Əlyevin və Birinci vitse-prezident Mehriban xanın Əliyevanın daim diqqət və qayğısı ilə ötən il 800 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilib, habelə 93 avtomobil müharibə əlillərinə təqdim edilib”, – o qeyd edib.
 Baş nazir əlavə edib ki, hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 mln. manat vəsait ayrılıb.

“Əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 100 mln. manat vəsait ayrılıb”, – Əsədov bildirib.
O eyni zamanda əalvə edib ki,  qəzalı binalarla bağlı problemlərin həlli, o cümlədən inventarizasiya və mənzil köçürülməsi işləri aparılıb. “Bu istiqamətdə 2025-ci ilin dövlət büdcəsində 50 mln. manat vəsait nəzərdə tutulub”, – Baş nazir  bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Həqiqi hərbi xidmətin müddəti ilə bağlı QƏRAR VERİLDİ

C Mar 14 , 2025
Alternativ xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi-siyasi islahatların aparılmasını şərtləndirir. Eqazet.online xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb. Qeyd edilib […]

Bəyənə bilərsən