Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır

Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.

“Eqazet.online” xəbər verir ki, bu barədə ölkə başçısı sosial şəbəkədə paylaşım edib.

“Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşdırılması barədə elanı alqışlayıram. Artıq Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açmalı olan sülh sazişinin imzalanmasına heç nə mane olmur”, – o qeyd edib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsi haqqında Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yaymışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Latviyanın xarici işlər naziri Azərbaycan və Ermənistanı sülh sazişi mətni üzrə danışıqların başa çatması münasibətilə təbrik edib

Ca Mar 13 , 2025
Latviyanın xarici işlər naziri Bayba Braje Azərbaycan və Ermənistanı sülh sazişinin mətni üzrə razılığa gəlməsi münasibətilə təbrik edib. “Eqazet.online” xəbər verir ki, o, bu barədə ölkənin baş diplomatı sosial şəbəkədə yazıb. “Yaxşı dostlarımız olan Azərbaycan və Ermənistanı regionda davamlı sülh və sabitliyin bərqərar olması istiqamətində mühüm addım olan sülh sazişi mətni […]

Bəyənə bilərsən