Ermənistan Azərbaycanla yeni müharibəyə necə hazırlaşır? – FAKTLAR – VİDEO

Ermənistan intensiv şəkildə Azərbaycanla yeni müharibəyə hazırlaşır. Müharibə hətta apreldə qonşu ölkədə ehtiyatda olan hərbçilərin çağırışından sonra bir neçə həftə ərzində başlaya bilər.

Eqazet.online” xəbər verir ki, bu barədə “Caliber”in analitik “YouTube” kanalındakı yeni videosunda bəhs olunur.

Bildirilir ki, Ermənistanın genişmiqyaslı münaqişəyə fəal hazırlığını ordularının sistemli şəkildə yenidən silahlanması ilə də görmək olar.

“Silah tədarükü və ordunun modernləşdirilməsi birbaşa dövlətin hərbi strategiyasını əks etdirir. Əgər hər hansı bir ölkə xüsusən hücum sistemlərinə üstünlük verərək, öz arsenalını fəal şəkildə artırırsa, bu, təkcə onun müdafiə qabiliyyətinin gücləndirilməsindən deyil, həm də gələcək hərbi əməliyyatlara hazırlığından xəbər verir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son məlumatları göstərir ki, Ermənistan son illərdə, xüsusən də 44 günlük müharibədə məğlub olduqdan sonra silah alışını əhəmiyyətli dərəcədə artıraraq diqqətini ənənəvi hərbi-texniki tərəfdaşı olan Rusiyadan Fransa və Hindistan kimi yeni təchizatçılara yönəldib”, – materialda qeyd olunub.

Daha ətraflı videosüjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır

Ca Mar 13 , 2025
Fransa Prezidenti Emmanuel Makron Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb. “Eqazet.online” xəbər verir ki, bu barədə ölkə başçısı sosial şəbəkədə paylaşım edib. “Ermənistan və Azərbaycan arasında danışıqların yekunlaşdırılması barədə elanı alqışlayıram. Artıq Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda davamlı sülhə yol açmalı olan sülh sazişinin imzalanmasına heç nə mane […]

Bəyənə bilərsən