Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasındav fevralın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən Eqazet.online-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 15-20° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Gün ərzində ölkə ərazisində qeydə alınan 88 cinayətin açılması təmin olunub

Ca Mar 13 , 2025
Eqazet.online DİN-ə istinadən xəbər verir ki, Martın 12-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bəyənə bilərsən