Türkiyədə dönərdən 648 nəfər zəhərləndi

Türkiyənin Kocaeli vilayətində toyuq dönərindən zəhərlənən 648 nəfər həkimə müraciət edib.

Eqazet.online xəbər verir ki, bu barədə NTV telekanalı xəbər yayıb.

Məlumata görə, zəhərlənmə şikayəti ilə əyalət xəstəxanalarına ümumilikdə 648 nəfər müraciət edib. Onlardan 646-sı evə buraxılıb, iki nəfərin müalicəsi davam etdirilir.

Dönərin satıldığı obyekt bağlanıb. Analiz üçün qida nümunələri götürülüb. Məlum olub ki, dönər müəyyən edilən standartlara cavab vermir.

Hadisə ilə bağlı iki şübhəli şəxs həbs edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Makron ABŞ-yə sərmayələri dayandırmağa çağırır

C Apr 4 , 2025
Fransa prezidenti Emmanuel Makron Fransa şirkətlərini ABŞ-yə istənilən investisiyanı dayandırmağa çağırıb. Eqazet.online xəbər verir ki, E.Makronun bu qərarı Birləşmiş Ştatların Avropa İttifaqına (Aİ) üzv ölkələrin mallarına rüsumların tətbiqi ilə bağıdır. Siyasətçi deyib: “Biz Amerika Birləşmiş Ştatları ilə vəziyyəti aydınlaşdırana qədər son investisiyaların bir müddət dayandırılması vacibdir”. Fransa prezidenti qeyd edib […]

Bəyənə bilərsən