IEA: Azərbaycan fevralda “OPEC+” kvotasından gündəlik 80 min barel geri qalıb

Bu ilin fevral ayında Azərbaycanda gündəlik neft hasilatı 0,47 milyon barel təşkil edib.

“Eqazet.online” bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Bu göstərici yanvar ayında qeydə alınmış göstəricidən 10 min barel azdır.

IEA analitiklərinin hesablamalarına görə, fevralda Azərbaycanda gündəlik neft hasilatı “OPEC+” razılaşması çərçivəsində plandan 0,08 milyon barel geri qalıb.

Qeyd edək ki, “OPEC+” ölkələri nazirlərinin 37-ci iclasında əldə edilmiş razılaşmaya görə, 2025-ci il üçün Azərbaycanın hasilat kvotası gündəlik 0,551 milyon barel təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Mövlud Çavuşoğlu: Qarşıdakı dövrdə daha çox ABŞ-Çin rəqabəti müşahidə olunacaq

Ca Mar 13 , 2025
Çin qlobal təsirini artırmaqdadır, ABŞ hökuməti yeni qaydalar tətbiq edir. “Eqazet.online” report-a istinadən xəbər verir ki, bunu Türkiyənin NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu martın 13-də XII Qlobal Bakı Forumunda çıxışında deyib. O bildirib ki, indiki dövrdə Rusiyanın daxilində və bölgədəki fəaliyyəti Avropanın təhlükəsizliyinə təsir edir. “Bütün bunlara baxdıqca, beynəlxalq […]

Bəyənə bilərsən