Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə martın 18-də əlavə qatar reysləri təyin edir.

“Eqazet.online” bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər etmək mümkündür.

“Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, saytımızdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”, – deyə məlumatda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Tacikistan və Qırğızıstan arasında sərhəd açılacaq

Ç Mar 12 , 2025
Tacikistan və Qırğızıstan arasındakı sərhəd martın 13-də açılacaq. “Eqazet.online” xəbər verir ki, bu barədə Tacikistan KİV-ləri xəbər verir. Hazırda sərhəddə Soqd və Batken vilayətlərinin rayon rəhbərləri görüşür, onlar dövlət sərhədlərinin açılmasına hazırlaşırlar.

Bəyənə bilərsən