Ançelotti yekun qərarını açıqladı

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti klubdakı gələcəyi ilə bağlı qərarını verib.

“Eqazet.online” xəbər verir ki, italiyalı mütəxəssis növbəti mövsümdə də “Real Madrid”i çalışdırmağa davam etmək istəyir. Qeyd olunub ki, məşqçi Madrid təmsilçisindəki gələcəyini La Liqa və ya Çempionlar Liqasını qazanmaqla təmin edə bilər.

65 yaşlı mütəxəssisin “Kral” klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, daha əvvəl mətbuatda “Real Madrid”in Ançelottinin potensial əvəzləyicisi kimi hazırda “Bayer Leverkuzen”ə başçılıq edən Xabi Alonsonu nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Taekvondoçularımız Niderlandda medal qazanıb

Bz Mar 9 , 2025
Azərbaycanın iki taekvondoçusu Eyndhoven şəhərində keçirilən 52-ci açıq Niderland çempionatında medal qazanıb. “Eqazet.online” xəbər verir ki, yarışın ilk günündə böyüklərdən ibarət millinin üzvləri Bəhruz Quluzadə (54 kq) və Eltac Qafarov (87 kq) fərqləniblər. Onların hər ikisi bürünc mükafat əldə edib.

Bəyənə bilərsən