Samuxda “Dayan” əmrinə tabe olmadılar, atəş açıldı – 1 əfqan, 3 pakistanlı saxlanılıb – ŞOK TƏFƏRRÜAT

Əfqanıstandan Azərbaycana işləməyə gələn şəxs qanunsuz yolla Gürcüstana keçib. Sonra geri qayıdaraq 3 pakistanlını 2500 dollar qarşılığında Gürcüstana aparmaq istəyib. Bu zaman hərbçilərin xəbərdarlıq atəşi ilə saxlanılıblar.

Eqazet.onlin  musavat.com-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Əfqanıstan vətəndaşı Balaqi Sukrullah 2018-ci ildə işləmək üçün Azərbaycana gəlib. Onun qardaşı da Bakıya gəlib və burada tikintilərdə çalışıblar.

İstintaqla müəyyən edilib ki, Balaqi Sukrullah daha əvvəl Azərbaycandan Gürcüstana qanunsuz yolla keçə bilib. 2024-cü ilin aprel ayında yenidən Azərbaycana qayıdıb. Məqsədi isə 3 pakistanlını 2500 dollar qarşılığında Gürcüstana keçirmək olub. Balaqi Sukrullaha bu işdə həmyerlisi, Gürcüstanda yaşayan Muhammad Qomini kömək edib, yol göstərib.

Sukrullah Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəli hərbi hissəsinin Samux rayonunun Kəsəmən kəndində yerləşən hissəsində Pakistan vətəndaşları ilə görüşüb. Oradan isə qanunsuz olaraq Gürcüstana keçmək istəyiblər. Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları 4 nəfəri də sərhədin 160 metrlik məsafəsində saxlayıb.

Pakistan vətəndaşları Avropada işləmək üçün Gürcüstana getməyi planlaşdırıblar. Onlar Azərbaycana qanuni yolla gəlsələr də, qanunsuz yolla Gürcüstana getməyi düşünüblər. Çünki Gürcüstana getmək üçün viza ala bilməyiblər.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ifadəsindən məlum olub ki, təqsirləndirilən şəxslərə ilk dəfə “Dayan” əmri verilsə də, qaçmağa başlayıblar. Havaya bir dəfə xəbərdarlıq atəşi açılıb. Hərbi qulluqçular ikinci dəfə “Dayan” əmri verib. Lakin qaçaqlar yenə də dayanmayıb. İkinci xəbərdarlıq atəşindən sonra onlar təslim olublar.

Balaqi Sukrullah Cinayət Məcəlləsinin 318.1-ci (mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) və 29,318.2-ci (dövlət sərhəddini qanunsuz keçməyə cəhd etmə; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilərək həbs edilib.

3 Pakistan vətəndaşına qarşı isə Cinayət Məcəlləsinin 29,318.2-ci (dövlət sərhədini qanunsuz keçməyə cəhd etmə; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmənin hökmü ilə Balaqi Sukrullah 2 il müddətinə azadlıqdan məhrum edilib. Cəzası başa çatdıqdan sonra ölkə sərhədindən məcburi şəkildə çıxarılacaq. Saxlanılan digər 3 Pakistan vətəndaşı isə məhkəmənin qərarı ilə deportasiya edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

İlham Əliyevdən Xameneiyə MƏKTUB - Buna nail ola bilərik!

Ça Fev 11 , 2025
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə təbrik məktubu göndərib. Eqazet.online xəbər verir ki, məktubda deyilir: “Möhtərəm Ayətullah Xameneyi həzrətləri, İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən […]

Bəyənə bilərsən