“Qumar kralı” Şəkili Yusifin əmlakları ilə bağlı İLGİNC İDDİA

“Medalyon” və “Nuxa” restoranlarının sahibi Yusif Baqiyevin (Yusif Şəkili) bir sıra əmlakları üzə çıxıb.

Eqazet.online “Qaynarinfo”ya istinadən məlumat verir ki, onun Qala qəsəbəsi yaxınlığında xeyli sayda əmlakı var. Bunlardan bəzilərinin tikintisi tam başa çatmayıb.  

İddia olunur ki, ümumiyyətlə Yusif Baqiyevin Xəzər rayonundakı əmlakları sahəsinə görə hətta “Sea Breeze”dən də böyükdür. Bütün bunların isə qumar oyunlarından əldə edilən pullar hesabına inşa edildiyi bildirilir.   

Məlumat üçün deyək ki, Yusif Baqiyev yerli mediada “qumar kralı” kimi tanınır. Ona qarşı sürülən rəsmi ittihamlar da bu iddianın əsassız olmadığını göstərir. Yusif Baqiyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının  həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Ona qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 193-1.3.1 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma – mütəşəkkil dəstə halında birləşməklə törədildikdə) və 244-1.4-cü (qumar oyunlarını təşkil etmə və keçirmə – xüsusilə külli miqdarda gəlir əldə etməklə) maddələri ilə ittiham elan edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Tramp Ukrayna Müharibəsini Dayandıra Bilərmi? Mümkündür, Amma Asan Olmayacaq

Ça Fev 11 , 2025
Eqazet.online xəbər verir ki,ABŞ-ın keçmiş prezidenti və 2024-cü il seçkilərində Respublikaçı namizəd olan Donald Tramp dəfələrlə bəyan edib ki, seçildiyi halda Ukrayna müharibəsini tez bir zamanda dayandıracaq. Onun sözlərinə görə, o, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə birbaşa danışıqlar apararaq müharibəyə son qoya bilər. Lakin bu […]

Bəyənə bilərsən