Moskva Londona rəsmi nota göndərib – Zaxarova

Rusiya Xarici İşlər Nazirliyi Böyük Britaniya səfirliyinin rusiyalı jurnalistə hücumla bağlı cinayət işinin araşdırılmasına köməklik göstərəcəyini gözləyir və hüquq-mühafizə orqanlarının sonrakı sorğularına operativ reaksiya verməyə çağırır.

“Eqazet.online” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Öz növbəsində, Rusiya XİN Böyük Britaniyanın Moskvadakı diplomatik nümayəndəliyinə rəsmi nota göndərib, orada xüsusilə qeyd olunur: “Nazirlik gözləyir ki, səfirlik Rusiya hüquq-mühafizə orqanlarına bu cinayət işinin araşdırılmasında, o cümlədən səfirlik əməkdaşlarının prosessual hərəkətlərdə iştirakında hər cür köməklik göstərəcək”. Rusiya Britaniya səfirliyini bu araşdırma çərçivəsində hüquq-mühafizə orqanlarının sonrakı müraciətlərinə operativ və lazımi şəkildə cavab verməyə çağırıb”, – o bildirib.

Zaxarova vurğulayıb ki, bəzi Qərb ölkələrinin diplomatlarının rusiyalı jurnalistlərə qarşı hərəkətləri onların statusuna uyğun gəlmir.

Qeyd edək ki, 2024-cü ilin oktyabrında Vnukovo hava limanında rusiyalı jurnalist britaniyalı diplomata “narahat suallar” verib və bu zaman diplomat onu bərk itələyib, operatorun “Press” nişanı cırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Türkiyədə sərnişin avtobusu aşıb, xəsarət alanlar var

Bz Fev 9 , 2025
Türkiyənin Malatya şəhərində sərnişin avtobusu aşıb. “Eqazet.online” “Haber Global”a istinadən xəbər verir ki, hadisə Doğanşehir rayonunda qeydə alınıb. Qəza nəticəsində səkkiz nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Qəzaya səbəb kimi sürücünün idarəetməni itirməsi göstərilir.

Bəyənə bilərsən