Fitch: Bu il SOCAR-ın əməliyyat mənfəəti 3,3 milyard dolları keçəcək

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci ildə ümumi gəlirinin 45,935 milyard ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır.

“Eqazet.online” “Fitch”ə istinadən xəbər verir ki, SOCAR-ın vergi, faiz, amortizasiyadan öncəki əməliyyat mənfəətinin (EBITDA) 3,317 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir.

“Neft və qazın əlverişli qiymətləri SOCAR-ın maliyyə göstəricilərini gücləndirib”, – “Fitch” qeyd edir.

Agentliyin qiymətləndirməsinə görə, şirkətin 2024-cü il üçün gəliri 50,61 milyard ABŞ dolları, əməliyyat EBITDA-sı isə 3,535 milyard ABŞ dolları təşkil edəcək.

Həmçinin EBITDA üzrə rentabelliyin (çıxılmalardan əvvəlki mənfəətin gəlirə nisbəti) 2024-cü ildəki 7 %-dən 2025-ci ildə 7,2 %-ə yüksələcəyi gözlənilir.

Qeyd olunur ki, SOCAR Mərkəzi Asiyadan olan rəqibləri (“KazMunayQaz” və “Özbəkneftqaz” – red.) ilə müqayisədə daha yüksək rentabellik nümayiş etdirir və bu, ticarət əməliyyatlarının əhəmiyyətli həcmi ilə bağlıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Anasının 140 minlik qızılını oğurlayıb 8 dollara SATDI

Şb Fev 8 , 2025
Çində qız anasının 140 min dollar dəyərində zinət əşyalarını oğurlayıb və sırğa almaq üçün onu cəmi 8 dollara satıb. Eqazet.online xəbər verir ki, qızın anası qızıl-zinət əşyalarının yoxa çıxması barədə polisə müraciət edib. Qadının dediyinə görə, oğurlanan əşyalar arasında nefrit bilərziklər, boyunbağılar və digər qiymətli əşyalar da olub. Lakin qızı […]

Bəyənə bilərsən