Müharibə nəticəsində Azərbaycana 37 168 əmlak üzrə 19 milyard AZN-dən çox ziyan vurulub

Ermənistanın apardığı müharibə nəticəsində Azərbaycana 37 168 əmlak üzrə 19 milyard manatdan artıq ziyan vurulub.

“Eqazet.online” report-a istinadən  xəbər verir ki, bu barədə dövlət ittihamçısı Təranə Məmmədova sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində İttiham aktına əsasən elan edib.

Belə ki, Ermənistan silahlı qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin apardığı təcavüzkar müharibə nəticəsində Azərbaycanın suveren əraziləri olan 12 şəhər, 18 qəsəbə, 895 kənd, ümumilikdə 925 yaşayış məntəqəsi işğal olunub və uzun illər ərzində işğal altında saxlanılmış, bununla da, xüsusi və dövlət mülkiyyətində olmuş ümumilikdə 37 168 ədəd əmlak üzrə 19 milyard manatdan artıq maddi ziyan vurulub.

Xatırladaq ki, fevralın 7-də Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Fitch: Bu il SOCAR-ın əməliyyat mənfəəti 3,3 milyard dolları keçəcək

Şb Fev 8 , 2025
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2025-ci ildə ümumi gəlirinin 45,935 milyard ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır. “Eqazet.online” “Fitch”ə istinadən xəbər verir ki, SOCAR-ın vergi, faiz, amortizasiyadan öncəki əməliyyat mənfəətinin (EBITDA) 3,317 milyard ABŞ dolları səviyyəsində olacağı gözlənilir. “Neft və qazın əlverişli qiymətləri SOCAR-ın maliyyə göstəricilərini gücləndirib”, – “Fitch” qeyd edir. […]

Bəyənə bilərsən