“TikTok”da tanış olduğu qadını evə gətirdi, anası və arvadının gözü qarşısında işgəncə verdi – BAKIDA ŞOK HADİSƏ

Bakıda 35 yaşlı şəxs arvadına və “TikTok”da tanış olaraq evinə gətirdiyi xanıma qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Həmin şəxsin bu zorakılıq hərəkətlərinə anası da şahidlik edib.

Eqazet.online musavat.com-a istinadən xəbər verir ki, dəhşətli hadisənin üstü 2024-cü ilin iyun ayında zərərçəkmiş qadınların birinin polisə şikayəti ilə açılıb.

35 yaşlı Rəmzi (ad şərtidir) “TikTok”da Çinarə (ad şərtidir) adlı xanımla tanış olub. Bir müddət sonra onu rayonlardan birində yaşayan xalasının evinə dəvət edib. Görüş zamanı onlar cinsi münasibətdə olublar.

Rəmzi ilə Çinarənin münasibətləri bir müddət davam edib və onlar tez-tez görüşməyə başlayıblar. Rəmzi Çinarə ilə ailə həyatı quracağını deyib. Lakin sonradan Çinarə Rəmzinin evli olduğunu bilib. Amma onun evli olmasını qəbul edib və görüşməyi davam etdirib. Çinarə hətta Rəmzinin arvadına zəng edərək onu qəbul edib-etməyəcəyini də soruşub. Rəmzinin arvadı da onu qəbul edəcəyini deyib.

Rəmzinin arvadı məcburiyyət və qorxu səbəbindən Çinarənin yaşadıqları evə ikinci qadın kimi gətirilməsinə razılıq verib.

Bir müddət sonra Rəmzinin Çinarədən tələbləri dəyişib və ona qarşı zorakılıq hərəkətləri başlayıb. Rəmzi dəfələrlə Çinarəyə qarşı seksual zorakılıq hərəkətləri edib. Çinarə etiraz etdikdə isə onu döyüb. Bu hərəkətləri edən zaman Rəmzinin anası və arvadı da evdə olub və baş verənlərə şahidlik ediblər.

Çinarə başına gətirilənlərə dözməyərək polisə şikayət edib. Araşdırma zamanı Rəmzinin təkcə Çinarəyə yox, arvadına qarşı da eyni formada seksual zorakılıq hərətləri etdiyi müəyyən edilib.

Rəmzi cinayət məsuliyyətinə cəlb edilib və hər iki qadın zərərçəkmiş kimi tanınıb. Çinarə Rəmziyə ağır cəza verilməsini tələb edib. Lakin arvadı Rəmzini bağışlayıb. İş üzrə Rəmzinin anası da dindirilib. O, oğlunun hər iki qadınla münasibətlərinin yaxşı olmadığını deyib, lakin digər zorakılıq hadisələri barədə danışmayıb.

Zərərçəkmişlərin ifadələri ilə məlum olub ki, anası oğlunun bu cinayətlərindən xəbədar imiş.

Məlumata görə, Rəmzinin himayəsində iki övladı var.

Qeyd edək ki, Rəmzi törətdiyi əmələ görə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bu hadisədə diqqət çəkən məqam Rəmzinin arvadının uzun illərdir məruz qaldığı zorakılıq hadisələridir. Qadın qorxu və əzab içində illərini Rəmzi ilə birlikdə keçirib. Onun evə ikinci qadının gəlməsinə “hə” deməsi bu işgəncələrdən xilas olmasına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Rusiya və ABŞ daha çox danışıqlara hazırlaşır, AB müdafiə üçün 800 milyard avro ayırır

Ca Apr 3 , 2025
Eqazet.online tass-a istinadən xəbər verir ki, Rusiya və ABŞ arasındakı gərginliklər davam edərkən, iki ölkə qarşılıqlı dialoqu daha da inkişaf etdirmək üçün danışıqların növbəti mərhələsinə hazırlaşır. Hər iki tərəf, xüsusən Ukrayna münaqişəsi fonunda diplomatik yolla razılaşmalar əldə etməyə çalışır. ABŞ, Rusiyanın hərbi fəaliyyətlərinə qarşı yeni sanksiyalar tətbiq etməyə davam edərkən, […]

Bəyənə bilərsən