Paşinyan: İrəvan delimitasiya olunmuş sərhəd sahələrində Aİ missiyasını yerləşdirməməyə hazırdır

Ermənistan Azərbaycanla delimitasiya olunmuş sərhəd sahələrində Aİ-nin mülki missiyasını yerləşdirməməyə hazırdır.

“Eqazet.online” TASS-a istinadən xəbər verir ki, bunu Vaşinqtonda Atlantik Şurasının müzakirəsi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

“Azərbaycan deyir ki, üçüncü ölkələrin qüvvələri Ermənistan – Azərbaycan sərhədində yerləşdirilməməlidir və açıq şəkildə Aİ-nin mülki missiyasına işarə edir. Biz bunu nəzərə alırıq və onları delimitasiya olunmuş sərhəd sahələrində yerləşdirməməyi təklif edirik”, – o qeyd edib.

Görüş zamanı Ermənistan – Azərbaycan münasibətlərinin nizamlanması prosesi, regional kommunikasiya yollarının açılması imkanları, həmçinin ABŞ ilə ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Trampın Qəzza Zolağının ABŞ-ın Nəzarətinə Keçməsi və Fələstinlilərin Köçürülməsi Təklifi

Ç Fev 5 , 2025
Eqazet.online reuters agentliyinə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında, ABŞ-ın Qəzza Zolağını nəzarətə götürərək, oradakı fələstinlilərin qonşu ölkələrə daimi köçürülməsini təklif edib. Trampın planına əsasən, Qəzza Zolağı tamamilə təmizlənəcək, təhlükəli partlamamış bombalar və digər silahlar zərərsizləşdiriləcək, ərazi yenidən qurularaq […]

Bəyənə bilərsən