Deputat: Bəzi özəl klinikalar keyfiyyətsiz tibbi xidmətlər təqdim edir

Bəzi özəl tibb müəssisələri yoxlamaların dayandırılmasından sui-istifadə edərək keyfiyyətsiz və sertifikatsız tibbi xidmətlər təqdim edirlər.

 Eqazet.online report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında deyib.

Onun sözlərinə görə, yoxlamaların dayandırılması bəzi özəl tibb müəssisələrində gigiyena, xidmət keyfiyyəti və peşəkar standartların aşağı düşməsinə səbəb olub:

“Hazırda saxta və standartlara cavab verməyən tibb müəssisələrinin çoxaldığını müşahidə edirik. Təbii ki, ölkədə kifayət qədər yüksək səviyyədə xidmət göstərən tibb müəssisələri var. Ancaq yoxlamaların dayandırılmasından sui-istifadə edərək nəzarətsiz qalan tibb müəssisələrinin addımları ölkədə cəmiyyətlə tibb sahəsi mütəxəsissləri arasında uçurumlar yaranmasına səbəb olur”.

Deputat bildirib ki, tibb müəssisələrinin yoxlamaların dayandırılmasından sui-istifadə etməsi hallarının aradan qaldırılması üçün müzakirələrin aparılmasına, müəyyən qaydaların qəbuluna və qanunlarda dəyişiklik olunmasına ehtiyac var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

ƏMDX torpaq kateqoriyasının dəyişdirilməsinə dair vətəndaşlara müraciət edib

Be Fev 3 , 2025
Prezident İlham Əliyevin 28 sentyabr 2024-cü il tarixli fərmanının icrası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) istifadəyə verdiyi “Torpaqların kateqoriyasına dair müraciətlərə baxılması” elektron xidməti vasitəsilə daxil olan müraciətlərə baxılmasına başlanılıb. Eqazet.online xəbər verir ki, bu barədə Dövlət Xidmətinin açıqlamasında bildirilir. Məlumatda deyilir ki, daxil olmuş müraciətlər […]

Bəyənə bilərsən