İlham Əliyev “Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanunu təsdiqləyib

Prezident İlham Əliyev “Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanunu təsdiqləyib.

Eqazet.online xəbər verir ki, üç fəsil, 14 maddədən ibarət qanun layihəsi Azərbaycanda mina əleyhinə fəaliyyətin, o cümlədən minatəmizləmə fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə şamil ediləcək.

Sənəd Azərbaycanın Silahlı Qüvvələri tərəfindən Azərbaycanın təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə aparılan mina əleyhinə fəaliyyətə şamil edilməyəcək.

Minatəmizləmə fəaliyyətinə dair informasiya sistemi haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq ediləcək.

İnsanların həyat və sağlamlığına, əmlakına ziyan vurulmasının qarşısının alınması məqsədilə təhlükəli ərazilərin sərhədlərində xəbərdarlıq nişanlarının yerləşdirilməsi səlahiyyətli qurum və ya həmin ərazidə minatəmizləmə fəaliyyətini həyata keçirən icraçılar tərəfindən təmin olunur.

Zərərçəkmişlərə “Psixoloji yardım haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” qanunlara uyğun olaraq ödənişsiz psixoloji və tibbi yardım göstəriləcək.

Mina əleyhinə fəaliyyət dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Deputat: Bəzi özəl klinikalar keyfiyyətsiz tibbi xidmətlər təqdim edir

Be Fev 3 , 2025
Bəzi özəl tibb müəssisələri yoxlamaların dayandırılmasından sui-istifadə edərək keyfiyyətsiz və sertifikatsız tibbi xidmətlər təqdim edirlər.  Eqazet.online report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında deyib. Onun sözlərinə görə, yoxlamaların dayandırılması bəzi özəl tibb müəssisələrində gigiyena, xidmət keyfiyyəti və […]

Bəyənə bilərsən