Azərbaycan Prezidenti Avstraliya İttifaqının General-Qubernatorunu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostini təbrik edib.

“Eqazet.online” xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli xanım General-Qubernator.

Avstraliya İttifaqının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, dövlətlərarası münasibətlərərimizin və qarşılıqlı faydalı əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

"Donald Tramp Yenidən Qrenlandiyanı Almaq İstəyini Bəyan Edib"

Bz Yan 26 , 2025
Eqazet.online theguardian-a istinadən xəbər verir ki, ABŞ-ın prezidenti Donald Tramp yenidən Qrenlandiyanı satın almaq istəyini ifadə edib. Bu dəfə o, Danimarkanın baş naziri ilə keçirdiyi telefon danışığında bu mövzunu gündəmə gətirib. Danimarka mediasının məlumatına görə, söhbət “çox gərgin və çətin” keçib. Tramp Qrenlandiyanı “strateji əhəmiyyətli bir ərazi” kimi xarakterizə edərək, […]

Bəyənə bilərsən