Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir.

“Eqazet” xəbər verir ki, yanvarın 11-də Ərdoğan Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edib.

Tədbir zamanı türkiyəli müğənni İbrahim Tatlısəs Prezidentə qarşıdan gələn seçkilərdə namizəd olub-olmayacağı ilə bağlı sual verib.

“Əgər sən varsansa, varam”, – deyə Ərdoğan cavab verib.

Bundan əvvəl Türkiyə liderinin baş müşaviri və Türkiyə Prezident yanında Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Ucum bəyan etmişdi ki, parlament 2027-ci ilin ikinci yarısında növbədənkənar seçkilərin keçirilməsinə qərar verərsə, Ərdoğan yenidən dövlət başçısı postuna namizədliyini irəli sürə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Dörd BÜRC həftəsonu cekpot qazanacaq

Bz Yan 12 , 2025
Astroloqlar bu həftənin sonunda maddi cəhətdən şanslı olacaq bürcün dörd əlamətini açıqlayıbar.  “Eqazet.online” xəbər verir ki, onlar cekpotu vurub buna çox sevinə bilərlər. Qoç Enerjili və məqsədyönlü Qoçlar maliyyə məsələlərində şans artımı hiss edəcəklər. Həftənin sonunda sizə sərfəli müqavilə təklif oluna və ya mənfəətlə bağlı gözlənilməz təklif ala bilərsiniz. Sürətli […]

Bəyənə bilərsən