“Ərdoğan: Terror Təhlükəsini Yox Etməyə Tarixi Şansımız Var!”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə terror təhlükəsinin tam aradan qaldırılması üçün əlverişli şəraitin olduğunu açıqlayıb.

“Eqazet” xəbər verir ki, o, bu barədə Diyarbəkir şəhərində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin terrora birdəfəlik son qoymaq imkanı var: “Bu fürsəti itirməyi düzgün hesab etmirik. Xaricdən dəstək alıb- almamasından asılı olmayaraq heç bir terror təşkilatı Türkiyəyə müqavimət göstərə bilməz”.

Qeyd edək ki, bu günlərdə Türkiyə Silahlı Qüvvələri Suriyada PKK terror təşkilatına qarşı mümkün əməliyyatla bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada yerləşən PKK yaraqlılarına ultimatum verib. Onun sözlərinə görə, rəsmi Ankara PKK təmsilçilərindən silahlarını yerə qoyaraq Suriya ərazisini tərk etməyi tələb edib. Bu təklifə məhəl qoyulmasa, Ankara hərbi əməliyyatlara başlaya bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycan atleti İspaniyada bürünc medal qazanıb

Şb Yan 11 , 2025
Azərbaycan atleti Nazim Babayev İspaniyanın Sabadell şəhərində keçirilən uzunluğa tullanma üzrə yarışlarda bürünc medal qazanıb. “Eqazet” xəbər verir ki, bu barədə Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb. O, 7,44 nəticə ilə üçüncü yeri tutub. Bu, idmançının 2025-ci ildə ilk medalı olub.

Bəyənə bilərsən