Bu gün ölkədə iri heyvandarlıq təsərrüfatların yaradılması günümüzün əsas tələbidir.
Eqazet.online Ölkə.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.
“Bazarda mənşəyi bilinməyin ətin satışa çıxarılması zəhərlənmələrə səbəb olur. Bu isə əhalini ciddi narahat edir. Əlbəttə, işbazlar bundan istifadə edir. Ənənəvi olmayan heyvan ətinin satışına qadağa qoyulmasına ehtiyac var”, – deyə T.Rzayev bildirib.
Onun fikrincə, ölkədə ət qıtlığının yaranmasına səbəblərdən və qiymətinin artmasına quzu və danaların hevanların kütləvi kəsimi səbəb olur. “Son illər iri və xırda buynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı xeyli artıb. Dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və sütlük heyvanlarının yetişdirilməsində maraqlıdır. Əlbəttə, bu düzgün seçimdir. Ancaq 7-8 kq-lıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir. Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır.
Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər”, – deyə deputat bildirib.