Parlamentdə ətin bahalaşmasından danışıldı

Bu gün ölkədə iri heyvandarlıq təsərrüfatların yaradılması günümüzün əsas tələbidir.

Eqazet.online Ölkə.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev parlamentin bu gün keçirilən plenar iclasında söyləyib.
“Bazarda mənşəyi bilinməyin ətin satışa çıxarılması zəhərlənmələrə səbəb olur. Bu isə əhalini ciddi narahat edir. Əlbəttə, işbazlar bundan istifadə edir. Ənənəvi olmayan heyvan ətinin satışına qadağa qoyulmasına ehtiyac var”, – deyə T.Rzayev bildirib.
Onun fikrincə, ölkədə ət qıtlığının yaranmasına  səbəblərdən  və qiymətinin artmasına  quzu və danaların  hevanların kütləvi kəsimi səbəb olur. “Son illər iri və xırda buynuzlu mal-qaranın sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı xeyli artıb. Dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və sütlük heyvanlarının yetişdirilməsində maraqlıdır. Əlbəttə, bu düzgün seçimdir. Ancaq 7-8 kq-lıq quzuların, körpə danaların kütləvi kəsimi və bazara çıxarılması heyvandarlığın inkişafına maneədir və bazarda ətin qiymətinin artmasına səbəbdir. Orta kəsim çəkisinin 2 kq az olması illik qoyun əti istehsalında 8 min ton itki deməkdir. Bizdə kəsim çəkisi normadan nəinki 2, hətta 9-10 kq azdır.

Heyvanların kəsilməsi üçün yaş həddinin müəyyən edilməsi, qadağaların qoyulması, cərimələrin tətbiqi yaxşı olardı. Son illərdə mənşəyi bilinməyən ətin satışa çıxarılması zəhərlənmələrə, müəyyən xəstəliklərə səbəb olur. Ətin satışına qadağalar olmadığı üçün işbazlar bundan sui-istifadə edirlər”, – deyə deputat bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qızıl 3000 dolları ötdü

C Mar 14 , 2025
Əmtəə bazarlarında qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti tarixi maksimumu yeniləyərək 3000 ABŞ dollarını ötüb. Eqazet.online xəbər verir ki, Nyu Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə aprel fyuçerslərinin qiyməti 0,32% artaraq 3000,8 ABŞ dollarına çatıb. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti isə 0,84% artaraq […]

Bəyənə bilərsən