Şad XƏBƏR: Bu şəxslər hər ay 200 manat ALACAQLAR

Eqazet.online xəbər verir ki, Sosial rifahın gücləndirilməsi məqsədilə həyata keçirilən sosial paket çərçivəsində minimum əməkhaqqının artırılması bir sıra müavinət və təqaüdlərdə də yüksəlişə səbəb olub. Bu artımlardan biri də peşə təhsili alan tələbələrə verilən təqaüdlərlə bağlıdır.

Mövcud qanunvericiliyə əsasən, peşə təhsili alan tələbələrə ödənilən təqaüdün məbləği minimum əməkhaqqının 50 faizi həcmində müəyyən edilir.

Əvvəllər minimum əməkhaqqı 345 manat olduğu üçün bu təqaüdün məbləği 172,5 manat təşkil edirdi. Lakin 2024-cü ildə minimum əməkhaqqının 400 manata yüksəldilməsi ilə bu göstərici də artıb.

Beləliklə, peşə təhsili alan tələbələrə artıq 200 manat məbləğində aylıq təqaüd ödənilir ki, bu da əvvəlki məbləğlə müqayisədə 14 faiz artım deməkdir.

Təqaüdlərin artırılması peşə təhsilinə marağın yüksəlməsinə, tələbələrin maddi vəziyyətinin yaxşılaşdırılmasına və onların təhsilə daha çox fokuslanmasına töhfə verəcək. Bu addım eyni zamanda ölkədə peşə təhsilinin inkişafına dəstək olmaqla yanaşı, gələcəkdə ixtisaslı kadrların yetişdirilməsinə müsbət təsir göstərəcək.

Bundan əlavə, digər təqaüd və sosial müavinətlərin artırılması ilə bağlı ölkə başçısının tapşırığına uyğun olaraq Nazirlər Kabineti mart ayının ikinci yarısında müvafiq təklifləri təqdim edəcək. Gözlənilir ki, bu təkliflər digər sosial kateqoriyalara aid edilən təqaüd və müavinətlərin də artırılmasını nəzərdə tutacaq.

Dövlətin həyata keçirdiyi bu sosial dəstək tədbirləri vətəndaşların rifah halının yüksəldilməsinə yönəlib və növbəti dövrlərdə bu istiqamətdə daha geniş addımların atılması gözlənilir. 

Seçmə xəbərlər

Məsum görünüşlü ən təhlükəli BÜRC

USAID işçilərinə gizli sənədləri yox etmək tapşırığı verildi  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Ramiz Cəfərov

Ramiz Sübhan oğlu Cəfərov (10 dekabr 1974, Makeevka, Donetsk vilayəti – 6 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik–leytenantı, Aprel döyüşləri iştirakçısı, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında tabeliyində olan hərbi qulluqçularla Cəbrayıl rayonu və Şuşa rayonu istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 40 gün...

Məxvi Məlumatlar

Heydər Əliyevin Qərb Kəşfiyyatına Qarşı Mübarizəsi – ABŞ, Böyük Britaniya və Digər Qərb Ölkələrinin Casus Şəbəkələrinə Qarşı Əməliyyatlar

Heydər Əliyev, Sovet İttifaqının rəhbərliyində olduğu dövrdə, xüsusilə Sovetlər Birliyinin daxili təhlükəsizliyini qorumaq və xarici təhlükələrə qarşı mübarizəni gücləndirmək üçün genişmiqyaslı əməliyyatlar həyata keçirdi. Bu əməliyyatlar, həm Sovet Kəşfiyyatının (KGB) işlərini, həm də Heydər Əliyevin şəxsən Sovet dövlətinin təhlükəsizlik strukturlarında...