Suriya hökumətindən ŞOK ADDIM – Rus hərbi konvoyu Tartusa BURAXILMADI

Suriya Müdafiə Nazirliyi Rusiya hərbi karvanının Tartusdakı bazaya daxil olmasına icazə verməyib.

Eqazet.online musavat-a istinadən xəbər verir ki, bu gün səhər Latakiya əyalətindəki Hmeymim aviabazasından yola düşən 30 nəqliyyat vasitəsindən ibarət avtomobil karvanı Suriyanın yeni hökumətinə sadiq əsgərlər tərəfindən Tartusdakı nəzarət-buraxılış məntəqəsində dayandırılıb.

Saxlanılan konvoy təxminən səkkiz saatlıq gözləmədən sonra, yerli vaxtla saat 17:00-da Hmeymim bazasına geri qayıtmağa məcbur olub.

Hadisə Suriya keçid hökumətinin müdafiə naziri Murhaf əbu Kasranın Rusiya bazalarının qorunub saxlanmasının onların Suriyaya faydalarından asılı olacağı ilə bağlı son açıqlamaları fonunda baş verib: “Əgər bundan Suriya üçün fayda əldə etsək, bəli”.

Qeyd edək ki, Rusiya hərbçiləri Bəşər Əsəd rejimi ilə razılaşma əsasında 2015-ci ilin avqust ayından etibarən Hmeymim bazasından istifadə edir. Müxalifətin 27 dekabr 2024-cü il tarixli əməliyyatından sonra Rusiya Suriyadakı hərbi varlığını Latakiyadakı Hmeymim aviabazasında cəmləşdirib.

Daha əvvəl Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov rus hərbi bazalarının gələcəyi ilə bağlı məsələnin əlavə müzakirələrə ehtiyac duyduğunu bildirib.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın Suriya hökuməti ilə bütün məsələlər, o cümlədən hərbi bazaların statusu barədə dialoqu davam etdirmə niyyətini təsdiq edib.

Seçmə xəbərlər

Kənd təsərrüfatı məhsullarının ixrac gəlirlərinin ölkəyə qaytarılması gücləndirilir

Lənkəranın icra başçısı ona sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını bildirib – MƏHKƏMƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ZƏFƏR QƏHRƏMANLARI

“Zəfər Qəhrəmanları”ŞƏHİD-Sübhan Cəbrayılov

Sübhan Rahim oğlu Cəbrayılov (23 oktyabr 1983, Salyan rayonu – 19 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı. 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin heyətində Cəbrayıl rayonu, Füzuli rayonu və Qubadlı rayonu istiqamətlərində, həmçinin Ərgünəş dağı və Hadrut qəsəbəsi istiqamətlərində gedən döyüşlərdə savaşmışdır. Ümumi olaraq 24 gün...

Məxvi Məlumatlar