Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfərə gəlib

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer aprelin 1-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

“Eqazet.online” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Almaniya Prezidentini Frank-Valter Ştaynmayeri hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

ABŞ İrana PUA istehsalına kömək etdiyinə görə altı şirkət sanksiya siyahısına salıb

Ça Apr 1 , 2025
ABŞ İrana pilotsuz uçuş aparatları və silah istehsalında dəstək verdiyi üçün altı şirkət və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. “Eqazet.onliine” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir. Sanksiyalar BƏƏ-də yerləşən “Infracom Communication Networks FZE”, “Diamond Castle Electronics Trading”, “Phenomena International General Trading” və “Future Trends Goods […]

Bəyənə bilərsən