“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında  Anlaşma Memorandumu” imzalanıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov və Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya arasında görüş keçirilib.  Tərəflər ikitərəfli iqtisadi əlaqələrin inkişafının önəmini vurğulayaraq, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi […]