Üsyançı “Ənsar Allah” hərəkatından olan Yəmən husiləri İsrailin paytaxtı Təl-Əviv şəhərindəki vacib obyektə hipersəs ballistik raketlə zərbə endiriblər. “Eqazet” TASS-a istinadən xəbər verir ki, bu barədə Yəmən husilərinin sözçüsü bildirib. Qeyd olunub ki, Yaffa bölgəsindəki mühüm hədəf “Fələstin-2” hipersəs ballistik raketi ilə vurulub.

NATO-nun Baş katibi Mark Rutte Rusiya, Şimali Koreya və İranı dünya təhlükəsizliyinə təhdid hesab edir. “Eqazet” xəbər verir ki, o, bu barədə Brüsseldə Avropa Parlamentində çıxışında deyib. O, bildirib ki, dünya təhlükəsizliyi Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılıdır: “Davamlı sülhə nail olmaq üçün Ukraynaya hərbi dəstəyi artırmaq lazımdır. Biz hamımız istəyirik ki, bu […]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 13-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. Əbu-Dabinin Zayed Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan qarşıladı.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir. “Eqazet” xəbər verir ki, yanvarın 11-də Ərdoğan Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edib. Tədbir zamanı türkiyəli müğənni İbrahim Tatlısəs Prezidentə qarşıdan gələn seçkilərdə namizəd olub-olmayacağı ilə bağlı sual verib. “Əgər sən […]

Suriyada hakimiyyət dəyişikliyi bu ölkənin qonşusu kimi həm də Türkiyənin qələbəsi idi. “Eqazet” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O vurğulayıb ki, Bəşər Əsəd rejimininin sona çatmasına sevinməyənlər Türkiyənin qələbəsini qəbul edə bilməzlər. Bundan əvvəl Ərdoğan ərəb ölkələrini Suriyanın bərpasına kömək etməyə çağırıb və […]

İsrail və Azərbaycan: Dostluq Münasibətlərinin Köklü Bağlılığı və İrəliləyən Yönlər İsrail və Azərbaycan arasında qurulan strateji dostluq münasibətləri, bir çox sahələrdə möhkəm təməl üzərində inkişaf etmişdir. Hər iki ölkə, coğrafi və siyasi vəziyyətlərinə baxmayaraq, bir-birinin müttəfiqi olmuş və bir çox sahədə qarşılıqlı maraqlarını ön planda tutaraq əlaqələrini davam etdirmişdir. Bu […]

“Dünya Tehrana maksimum təzyiq siyasətinə qayıtmalıdır. Bu, İranı daha demokratik bir ölkəyə çevirmək üçün lazımdır”. “Eqazet” Böyük Britaniyanın “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib. O bildirib ki, bu təzyiq hərbi, iqtisadi və diplomatik olmalıdır. Xüsusi nümayəndənin sözlərinə […]

Özbəkistanda hərbi məhkəmə Prezident Administrasiyasının informasiya siyasəti şöbəsinin keçmiş rəhbəri Komil Allamjonova qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işinə baxmağa başlayıb. Eqazet.online Gazeta.uz-a istinadla xəbər verir ki, bu barədə Özbəkistanın “Ezgulik” insan hüquqları cəmiyyətinin rəhbəri Abdurahmon Taşanov məlumat verib. Onun sözlərinə görə, proses bağlı qapılar arxasında gedir. “Müttəhimlərin çoxluğuna, irəli […]

Məntəqələrə müəyyən səbəblərdən gələ bilməyən şəxslər üçün səyyar seçki qutuları təşkil ediləcək. Bunu “EQazet”in sorğusuna cavab olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, bu, Seçki Məcəlləsinin tələbidir: “Bundan başqa, hərəkət qabiliyyəti məhdud vətəndaşlar panduslar vasitəsilə də seçki məntəqəsinə gələrək səsvermə prosesində iştirak edə biləcəklər”. Qeyd edək […]

İsrailin Baş naziri Binyamin Netanyahu gələcəkdə ölkəsinə qarşı istənilən təhdidə qarşı qəti tədbirlər görüləcəyi ilə hədələyib. “EQazet” İsrail mətbuatına istinadən xəbər verir ki, Netanyahu bunu İsrail ordusunun “Ənsarullah” hərəkatının Yəməndəki mövqelərinə zərbələr endirməsini şərh edərkən bildirib. Onun sözlərinə görə, İsrail bundan sonra ölkəni təhdid edən hər kəsə qarşı qətiyyətlə hərəkət edəcək: […]