Müdafiə naziri Azərbaycan Ordusunun Ermənistanın istənilən təxribatının qarşısını almağa göstəriş verib

  • Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, o cümlədən son günlər Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrini mütəmadi olaraq atəşə tutması, mövqelər üzərində pilotsuz uçuş aparatları və dronlarla kəşfiyyat xarakterli uçuşlar həyata keçirmə cəhdləri geniş müzakirə edilib.

“Eqazet.online” xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında aprelin 5-də nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik və birləşmə komandirləri, eləcə də Milli Müdafiə Universitetinin və tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinin rəhbərlərinin iştirakı ilə videobağlantı formatında keçirilən xidməti müşavirədə qeyd olunub. 

Nazir Azərbaycan Ordusu bölmələrinin hər an istənilən təxribata qarşı çevik reaksiya verməyə hazır olması barədə aidiyyəti vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub, döyüş növbətçiliyinin təşkili zamanı ayıq-sayıqlığın artırılmasının vacibliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng etdi

Şb Apr 5 , 2025
Aprelin 5-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Eqazet.online xəbər verir ki, telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli və çoxtərəfli gündəliyin aktual məsələlərini müzakirə ediblər. İqtisadi, ticari, investisiya və humanitar sahələrdə layihələrin icrasının sürətləndirilməsinin vacibliyinə toxunulub. Prezidentlər yüksəksəviyyəli gələcək görüşlər barədə fikir mübadiləsi aparıblar. […]

Bəyənə bilərsən