Türkiyə Kuboku: “Beşiktaş” mübarizəni dayandırdı

Futbol üzrə Türkiyə Kubokunda sonuncu yarımfinalçı müəyyənləşib.

Eqazet.online xəbər verir ki, 1/4 final mərhələsində “Beşiktaş” öz meydanında gözlənilmədən “Göztəpə” klubuna uduzaraq (1:3) mübarizəni dayandırıb.

Qalib komandanın hər 3 qolunu braziliyalı Romulo Kardozo vurub.

“Qara qartallar” qarşılaşmanın böyük qismini azlıqa keçiriblər. Tayyip Talha Sanuç 36-cı dəqiqədə meydandan qovularaq, “Beşiktaş”ı azlıqda qoyub.

Bununla da Türkiyə Kubokunda bütün yarımfinalçılar bəlli olub. Növbəti mərhələdə “Qalatasaray” “Konyaspor”la, “Trabzonspor” isə “Göztəpə” ilə qarşılaçacaq.

Yarımfinal oyunları aprelin 22-də keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycan Dünya Bankı ilə birlikdə yeni layihələr həyata keçirmək istəyir

C Apr 4 , 2025
Azərbaycan Dünya Bankı ilə yeni layihələrin, xüsusilə də nəqliyyat, enerji, su-kanalizasiya və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsində maraqlıdır.  “Eqazet.online” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Sahil Babayev Bankın Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysı və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Cənubi Qafqaz regionu üzrə rəhbəri xanım İvana Duarteni qəbul edərkən […]

Bəyənə bilərsən