Azərbaycanda bu yağlar kərə yox, bitki yağı imiş – Siyahı

Azərbaycanda bəzi kərə yağlarında uyğunsuzluq aşkarlanıb. 

Eqazet.online xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. 

Bildirilib ki, fiziki şəxs Cəfərov Əli Telman oğlunun istehsal etdiyi kərə yağlarından götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarında bitki sterinləri (Kampesterin, Stiqmasterin, Beta-sitosterin), eyni zamanda normativ sənədlə bu növ məhsulun tərkibində istifadəsinə icazə verilməyən qida əlavələri (Sorbin və Benzoy turşuları) aşkarlanıb.

Faktla bağlı Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilərək qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.

Qeyd edilib ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edildiyi halda, faktiki tərkibində bitki yağının aşkarlanması istehsalçı tərəfindən istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur.

Həmçinin tərkibində Sorbin (E200) və Benzoy (E210) turşuları olan məhsulların həddindən artıq istehlakı insanlarda allergik reaksiyaların yaranmasına səbəb ola bilər ki, qüvvədə olan normativ sənədə uyğun olaraq bəzi məhsullarda həmin qida əlavələrinin istifadəsi qadağandır.

Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

Məhsulun adıMəhsulun istehsal və son istifadə tarixləriAşkarlanan uyğunsuzluq
1.“Westfood” əmtəə nişanlı 82.5% yağlılıqda qaymaqdan təbii kərə yağı07.02.2025-07.02.2026Kampesterin,
Stiqmasterin,
Beta-sitosterin,Sorbin (E200) turşusu,Benzoy (E210) turşusu
2.“Beloruskiy Kray” əmtəə nişanlı 82.5% yağlılıqda təbii kərə yağı05.03.2025-05.03.2026Kampesterin,
Beta-sitosterin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Necə 15 kilo çəki itirmək olar? - Yaponiyalı diyetoloqların sirri

Ca Apr 3 , 2025
Bu qeyri-adi pəhriz məhdudiyyətsiz sayda yemək qəbul etməyə icazə verir. Yapon tədqiqatçıları yaxın zamanda gözlənilməz bir kəşf etdilər ki, bu, iştahın təbiəti haqqında yeni məlumatlar verir. Alimlər müəyyən etdilər ki, tez-tez yemək qəbul etməyə olan istəyi yaratmaqda “qrelin” adlı hormon məsuliyyət daşıyır. Hormonun adı yunan sözündən götürülüb və “hərəkət etdirmək” […]

Bəyənə bilərsən