İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı-Foto

Yük nəqliyyat vasitəsindən “kahı” formasına salınaraq gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən külli miqdarda narkotik vasitə-marixuana aşkar edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Eqazet.online-a bildirilib ki, Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi “Astara” gömrük postunun idxal nəzarət xəttində saxlanılıb.

Stasionar rentgen qurğusunda baxış zamanı yük nəqliyyat vasitəsində şübhəli cizgilər müşahidə edilib və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.

Xidməti it nəqliyyat vasitəsindəki 2 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdə gömrük nəzarətindən gizlədilən 264 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 101 kiloqram 732 qram narkotik vasitə-marixuana aşkar edilib./teleqraf

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Donald Trump Çin Səhmlərini (Bir Az da Olsa) Yenidən Gücləndirir

Be Mar 17 , 2025
Trump-ın bu açıqlamaları, xüsusilə son illərdə Çinin iqtisadi durumu və ticarət gərginlikləri ilə bağlı neqativ fikirlərin artdığı bir dövrdə gəlib. Keçmiş prezidentin bəzi müsbət açıqlamaları, Çinin inkişaf etməyə davam edəcəyi və bazarların güclənəcəyi fikrini irəli sürür. Bu açıqlama, Çin səhmlərinə olan marağı bir az artıraraq bazarda müəyyən bir artım yaratmışdır. […]

Bəyənə bilərsən