Zelenski: Ukrayna torpağında xarici kontingent sülhün təminatıdır

Rusiyanın Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı qərarlara təsir etmək hüququ yoxdur. Ukrayna torpağında xarici kontingent sülhün təminatıdır.

“Eqazet.online” RBC-Ukraynaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində yazıb.

“Bu kontingentlə bağlı ruslara qulaq asmaq çox pis fikirdir. Kontingent Ukraynada yerləşdirilməlidir. Bu, Ukrayna və Avropa üçün təhlükəsizliyin təminatıdır”-deyə, o bildirib.

Eyni zamanda, Zelenski qeyd edib ki, əgər Vladimir Putin Rusiya ərazisinə hansısa xarici kontingenti yerləşdirmək istəyirsə, bu, onun işidir:

“Ancaq Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı nə isə qərar vermək onun işi deyil”.

Xatırladaq ki, ötən gün Ukrayna ABŞ-ın Rusiya ilə 30 günlük atəşkəs təklifini qəbul edib. Artıq martın 13-də ABŞ rəsmiləri Rusiya tərəfi ilə bu məsələni müzakirə etməyə başlayıblar. Lakin Moskva hələlik yekun cavab verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Ukrayna “Long Neptun” raketini sınaqdan keçirib

Bz Mar 16 , 2025
Ukrayna 1000 km uçuş məsafəsinə malik “Long Neptun” raketini sınaqdan keçirib. “Eqazet.online”ın məlumatına görə, bu barədə ölkə prezidenti Volodimir Zelenski özünün Telegram kanalında bildirib. ““Long Neptun” sınaqdan keçirilib və döyüşdə uğurla istifadə ediləcək”, – o yazıb. Qeyd edək ki, “Neptun” 5 min tona qədər yerdəyişmə qabiliyyətinə malik gəmiləri, eləcə də […]

Bəyənə bilərsən