“Hər gün işdəyəm, səhhətimdə heç bir problem yoxdur” – Fuad Ələsgərov

  • Son günlər bir sıra media resurslarında və sosial şəbəkələrdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun səhhətində ciddi problemlərin yarandığı və işə çıxmadığı bildirilib.

Eqazet.online xəbər verir ki, Manset.az yayılan bu xəbərlə bağlı Prezidentin köməkçisi Fuad Ələsgərovla əlaqə saxlayıb.

O, açıqlamasında yayılan xəbərləri təkzib edib:

“ Yalan söhbətdir, necə yəni məni işə çıxmıram? Mən hər gün işə çıxıram. Səhhətimdə heç bir problem yoxdur. Yazılanlar boş-boş söhbətlərdir” – deyə açıqlamasında Fuad Ələsgərov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Nazirdən plastik cərrahların yoxlanılması ilə bağlı MÜHÜM AÇIQLAMA: Gələn ay...

Şb Mar 15 , 2025
Plastik cərrahların fəaliyyətinin yoxlanılması ilə bağlı yaradılan komissiyanın bu günə qədər 9 iclası olub. Eqazet.online xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, aprel ayının əvvəli komissiya işini yekunlaşdıracaq.

Bəyənə bilərsən